13 yanvar 2025 01:02
101

Zelenski ukraynalı əsirlərlə KXDR əsirlərini dəyişmək istəyir

Ukraynanın Rusiyada əsir saxlanılan ukraynalı əsgərlərin müqabilində əsir götürülmüş Rusiya tərəfindən döyüşən Şimali Koreya əsgərlərini KXDR-ə təhvil verməyə hazırdır.

“İki sahil” xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

sözügedən əsgərlərin dindirilməsini əks etdirən videonu sosial şəbəkədəki paylaşan Ukrayna prezidenti koreyalı əsirlərin daha çox olacağına şübhə etmədiyini yazıb: “Qoşunlarımızın başqalarını tutması an məsələsidir. Dünyada heç bir şübhə qalmamalıdır ki, Rusiya ordusu Şimali Koreyanın hərbi yardımından asılıdır”.

Ukrayna rəhbəri əlavə edib ki, qayıtmaq istəməyən KXDR əsgərləri üçün başqa variantlar da ola bilər: “Xüsusilə, bu müharibə haqqında həqiqəti Koreya dilində yaymaqla sülhü yaxınlaşdırmaq arzusunu ifadə edənlərə o fürsət veriləcək”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”