13 yanvar 2025 01:34
104

Polşa XİN Slovakiyalı deputatın dediklərini təkzib edir

Polşa Slovakiya parlamentinin nümayəndə heyətini daşıyan təyyarənin Rusiya üzərindən uçmasına icazə verməkdən imtina etməyib.

“İki sahil” xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin mətbuat katibi Pavel Vronski PAP agentliyinə bildirib.

“Biz Slovakiya tərəfinin uçuşunu inkar etmədik, onlar bizə şifahi qeyd etmədən yalnız natamam sənədlər göndərdilər, sonra işə baxılarkən onlardan [sənədlərə] əlavələr tələb olunduqda, marşrutun dəyişdirilməsi barədə bizə məlumat verdilər. ”, - diplomat qeyd edib.

Yanvarın 12-də Slovakiya Milli Şurasının (birpalatalı parlament) vitse-spikeri Andrey Danko Moskvaya səfər edib. Parlament nümayəndə heyəti günortaya az qalmış Bratislavadan yola düşüb. Nümayəndə heyətinin üzvü Peter Qaspar TASS-a deyib ki, Polşa uçuşun öz hava məkanından keçməsinə icazə vermədiyi üçün xüsusi uçuş Çexiya və Almaniyadan keçib.

Rusiya Federasiyasının Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov Polşanın Slovakiyanın parlament nümayəndə heyətini daşıyan təyyarənin keçməsinə icazə verməməsini ağlasığmaz adlandırıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”