UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunda baş tutacaq “Qarabağ” - FCSB (Rumıniya) matçının biletləri bu gün, saat 12:00-da satışa çıxacaq.
“İki sahil” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunun biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.
VIP sektorlara biletlərin qiyməti isə 300 manatdır.
Azarkeşlər biletləri "iTicket.az"ın satış məntəqələrindən (iTicket.az-da onlayn satış), “Qarabağ” FK-nın "Park Bulvar"dakı fan-şopundan və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.
Qeyd edək ki, yanvarın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - FCSB matçı saat 21:45-də başlayacaq.
Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün "Slaviya" ilə üz-üzə gələcək