Milli Hokkey Liqası (NHL) təmsilçisi "Pittsburq"un hücumçusu Maykl Bantinq avtomobil qəzasına düşüb.
“İki sahil” xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Mayk Sallivan bildirib.
Qəza komandanın ev oyunlarını keçirdiyi arenanın yaxınlığında baş verib. Hokkeyçinin durumu yaxşı olsa da, "Tampa Bey"lə (2:5) çempionat matçını buraxıb.
Qeyd edək ki, M.Bantinq bu mövsüm meydana çıxdığı 43 oyunda 25 xal toplayıb.
Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün "Slaviya" ilə üz-üzə gələcək