İstanbulda (Türkiyə) narkotik istehsalçılarına qarşı keçirilən “Narkokapan-7” əməliyyatında 11 milyon 225 min narkotik həb, 1 ton 275 kq qatqı maddəsi ələ keçirilib, 11 şübhəli tutulub.
“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Naziri Əli Yerlikaya məlumat verib.
“Həyata keçirdiyimiz hər əməliyyat, ələ keçirdiyimiz hər bir əşya gələcəyimizi qorumaq uğrunda mübarizədir”, - deyən nazir əlavə edib: "Gələcəyimiz olan gənclərimizi narkotikdən uzaq tutmaq ümumi borcumuzdur. Biz bu vəzifəni səfərbərlik, birlik və həmrəylik ruhu ilə həyata keçiririk. Əməliyyatın koordinasiyasını həyata keçirən Küçükçekmece Respublika Baş Prokurorluğumuzu, əməliyyatı həyata keçirən qəhrəman həmkarlarımızı təbrik edirəm”.
Məhərrəm Ağalaroğlu, “İki sahil”