Almaniyanın “Nürnberq” klubunda çıxış edən Azərbaycan yığmasının üzvü Mahir Emreli “İdman Azərbaycan”da yayımlanan “Sportcast” verilişində maraqlı etiraflar edib.
“İki sahil” xəbər verir ki, o, milli komandamızın göstərdiyi nəticələrin ona pis təsir etdiyini, hətta buna görə utandığını da bildirib.
M.Emreli Miroslav Kloze ilə aralarındakı maraqlı dialoqdan da danışıb: “Dinamo”da (Zaqreb) oynayanda digər yığmalarda çıxış edən futbolçular həmişə zarafat edirdi. “Nürnberq”də də bu var. İsveçə səfərdə 0:6 hesabı ilə uduzduğumuz oyundan sonra baş məşqçim Miroslav Kloze məni çağırıb dedi ki, mən heç vaxt bu yığmaya uduzmamışam.
Çalışıram ki, orda fərdi nələrsə edim ki, diqqət çəkim. İsveç oyunundan sonra utanırdım. Oynadığım komandalarda çox güclü yığmalarda çıxış edənlər var idi”.
Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün "Slaviya" ilə üz-üzə gələcək