Türkiyənin "Hatayspor" klubu yeni baş məşqçisinin adını açıqlayıb.
“İki sahil” Hatay təmsilçisinin mətbuat xidmətinə istinadla xəbər verir ki, komandanın "sükanı arxasına" Murat Şahin keçib.
Tərəflər 1,5 illik müqaviləyə imza atıblar.
Qeyd edək ki, M.Şahin baş məşqçi postunu dekabrda tərk edən Rza Çalımbayı əvəzləyib. "Hatayspor" Türkiyə Superliqasının turnir cədvəlində 9 xalla 19 komanda arasında 18-ci pillədə qərarlaşıb.
Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün "Slaviya" ilə üz-üzə gələcək