"Real"ın Vinisius Juniorla bağlı apellyasiyası şikayəti rədd edilib.
"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçunun 2 oyunluq diskvalifikasiyası qüvvədə qalıb.
Vinisius "Valensiya" ilə oyunda rəqib qapıçısına etdiyi hərəkərinə görə qırmızı vərəqə ilə cəzalandırılıb. Madrid klubu bu qərara etiraz etsə də, onların tələbi qəbul olunmayıb.
"Real"ın 15 gün ərzində İdman Adminstrasiya Məhkəməsinə müraciət etmək hüququ var.
Qeyd edək ki, 25 yaşlı futbolçu La Liqanın "Las-Palmas" və "Valyadolid"lə görüşlərində meydana çıxa bilməyəcək.
Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün "Slaviya" ilə üz-üzə gələcək