İspaniyanın “Sevilya" komandasının futbolçusu Kike Salas saxlanılıb.
“İki sahil” xəbər verir ki, müdafiəçi oyun zamanı qəsdən sarı vərəqə almaqda şübhəli bilinir.
Futbolçu oyun zamanı qəsdən sarı vərəqə alıb ki, bir neçə şəxs mərci qazana bilsin.
Polisin apardığı araşdırmaya əsasən, dələduzluq La Liqanın ötən mövsümünün son matçlarında baş verib.
İstintaq təsdiqini tapsa, Kike Salas altı aydan üç ilədək həbs cəzası alacaq.
Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün "Slaviya" ilə üz-üzə gələcək