Gürcüstanın sabiq baş naziri Georgi Qaxariyaya hücum olub.
“İki sahil” xəbər verir ki, bu barədə ölkənin 1TV telekanalı məlumat yayıb.
Sabiq hökumət başçısına hücum edildiyini rəhbərlik etdiyi “Qaxariya – Gürcüstan naminə” partiyasının mətbuat xidməti təsdiqləyib.
Qaxariyanın klinikaya yerləşdirildiyi bildirilir. Siyasətçinin burnu qurulduğu qeyd olunub.
Qeyd edək ki, Qaxariya 2019-cu ildən 2021-ci ilədək Gürcüstanın Baş naziri olub.