14 yanvar 2025-ci il tarixində Qafqazın və Yaxın Şərqin ilk təyyarəçi qadını Leyla Məmmədbəyovaya həsr olunan “Səma xanımı” qısametrajlı filminin təqdimatı keçirilib. Elvin Əhmədoğlunun rejissoru və ssenaristi olduğu film Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Televiziyası və “Azərbaycan Hava Yolları” QSC-nin dəstəyi ilə ekranlaşdırılıb.
“İki sahil” xəbər verir ki, təqdimat zamanı filmin ötən ay faciəvi təyyarə qəzasında həlak olan Milli Qəhrəmanlarımız İqor Kşnyakin, Aleksandr Kalyaninov, Hökumə Əliyevaya ithaf edildiyi qeyd edilib və onların əziz xatirəsi anılıb.
Qeyd edək ki, peşəsinə sevgisi və qəhrəmanlığı ilə tariximizdə iz qoymuş Leyla Məmmədbəyova ilk təyyarəçi qadın olmaqla yanaşı, tarixdə ilk qadın paraşütçülərindən biri kimi də tanınıb.
“Poeziya Xəzrisi” Respublika bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb
Heydər Əliyev Mərkəzində "Mədəniyyət və Hüquq: Müasir çağırışlar" adlı elmi-praktiki forumu keçirilir
İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib - FOTO