Bu gün Misli Premyer Liqasında 25 günlük qış fasiləsi başa çatacaq.
“İki sahil” xəbər verir ki, bununla da çempionatın ikinci - həlledici hissəsi start götürəcək.
19-cu turun ilk oyun günündə 1 matç keçiriləcək.
Lider "Qarabağ" 7-ci yerdəki "Şamaxı"nı qəbul edəcək. Oyun saat 19:00-da başlayacaq.
Bu komandalar arasında cari mövsümün əvvəlki görüşlərində Ağdam təmsilçisi 1:0 və 3:0 hesablı qələbələr qazanıb.
Misli Premyer Liqası,
19-cu tur
17 yanvar
19:00. “Qarabağ” – “Şamaxı”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Fərid Hacıyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Eyyub İbrahimov.
Tofiq Bəhramov adına Respublika stadionu
18 yanvar
16:00. “Zirə” – “Araz-Naxçıvan”
18:30. “Sumqayıt” – “Səbail”
19 yanvar
16:00. “Kəpəz” – “Turan Tovuz”
18:30. “Neftçi” – “Sabah”