28 sentyabr 2017 01:28
711

Plastik şüşələrdən hazırlanan üzən ada

Riçard Sova adlı şəxs plastik şüşələrdən ada düzəldib.

"Ölkə.Az" xəbər verir ki, bu iş üçün ona 8 il vaxt lazım olub. Riçard 150 min plastik şüşədən istifadə edib. Ada içi hava ilə doldurulmuş plastik şüşələrdən, taxta və qumdan hazırlanıb. İki mərtəbəli evin 2 hamamı, bir cakuzisi, 3 duş kabinəsi, mətbəxi və interneti var.

Riçard evdə keçmiş model Codi Boulinlə yaşayır. Adanın ətrafında isə palma ağacları, meyvə ağacları, bitkilər və otlar var. 30 metrlik kanatla adanı sahilə bağlayıblar. Bu kanat vasitəsilə adaya elektrik enerjisi, su və internet ötürülür.