Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VI tura bu gün start veriləcək.
“İki sahil” xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Saat 16:00-da MOİK - “Murov Az Terminal”, 18:00-da "Azərreyl" - "Neftçi" görüşü başlayacaq.
Hər iki matç Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində reallaşacaq.
Yanvarın 18-də, saat 18:00-da isə "Xilasedici" və "Gənclər" komandaları münasibətlərə aydınlıq gətirəcəklər.
Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün "Slaviya" ilə üz-üzə gələcək