"Yuventus"un və "Milan"ın sabiq baş məşqçisi Massimiliano Alleqrinin yeni iş yeri müəyyənləşib.
“İki sahil” xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 57 yaşlı mütəxəssis Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunun baş məşqçisi olacaq.
"Əl-Əhli" artıq Alleqri ilə razılaşıb. Müqavilənin detallarına yaxın günlərdə aydınlıq gətiriləcək.
Bildirilir ki, italiyalı məşqçi 2025-ci ilin iyunundan komandaya rəhbərlik edəcək. O vaxta qədər isə klub idarəçiləri müvəqqəti baş məşqçi təyin edəcəklər.
Qeyd edək ki, Alleqri ötən ilin may ayından işsizdir.
Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün "Slaviya" ilə üz-üzə gələcək