"Real"ın hücumçusu Kilian Mbappe komandanın sabiq futbolçusu Kərim Benzemanın uğurunu təkrarlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
26 yaşlı forvard ötən gecə İspaniya kubokunun 1/8 finalında "Selta" ilə matçda (5:2) fəqlənib.
Nəticədə Mbappe bir mövsümdə 6-cı turnirdə qol vurmuş olub. Fransalı futbolçu La Liqada, İspaniya Superkubokunda, ölkə kubokunda, Çempionlar Liqasında, Qitələrarası Kubokda və UEFA Superkubokunda qola imza atıb.
Daha əvvəl bunu yalnız Kərim Benzema bacarmışdı. O, 2022/2023 mövsümündə belə göstəriciyə nail olmuşdu.
Qeyd edək ki, Mbappe ötən ilin yayında "Real"a keçib.
Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün "Slaviya" ilə üz-üzə gələcək