Misli Premyer Liqasının 19-cu turun matçları davam edir.
“İki sahil”in məlumatına görə, ikinci oyun günündə daha iki qarşılaşma keçiriləcək.
Əvvəlcə “Zirə” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edəcək.
Hazırda Naxçıvan klubu 39 xalla turnir cədvəlində ikinci, qəsəbə təmsilçisi isə 30 xalla dördüncü yeri tutur.
Rəşad Sadıqovun komandası bu gün qələbə qazansa, turnir cədvəlində bir pillə irəliləməklə “Turan Tovuz”u qabaqlayacaq.
Cari mövsüm bu komandaların duellerində “Araz-Naxçıvan”ın üstünlüyü var. Öz meydanında heç-heçə (1:1) edən Elmar Baxşıyevin komandası səfərdə “Zirə”yə 1:0 hesabı ilə qalib gəlib.
Günün ikinci oyununda “Sumqayıt” öz meydanında “Səbail”i qəbul edəcək.
Hazırda Sumqayıt klubu 20 xalla turnir cədvəlində altıncı, paytaxt təmsilçisi isə 8 xalla sonuncu pillədə qərarlaşıb.
Cari mövsüm bu komandaların qarşıdurmalarında sevinən tərəf “Sumqayıt” olub. “Gənclik şəhəri”nin təmsilçisi səfərdə “Səbail”ə 1:0, öz meydanında isə 2:1 hesabı ilə qalib gəlib.
Misli Premyer Liqası,
19-cu tur
18 yanvar
16:00. “Zirə” - “Araz-Naxçıvan”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov
VAR: Cavid Cəlilov
AVAR: Şirmamed Mamedov
Zirə İdman Kompleksinin stadionu
18:30. “Sumqayıt” - “Səbail”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev
VAR: Rauf Allahverdiyev
AVAR: Teymur Teymurov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu