“Kayrat”ın və Qazaxıstanın gənclərdən ibarət yığmasının mərkəzi hücumçusu Dastan Satpayev karyerasını “Çelsi”də davam etdirəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
Bildirilir ki, londonlular 16 yaşlı futbolçunun transferi ilə bağlı “Kayrat”la razılığa gəliblər. Transferin gələn həftə reallaşacağı gözlənilir. Müqavilənin təfərrüatları hələlik məlum deyil.
2024-cü ilin dekabrında Satpayev "Çelsi"də baxışda olub.
O, “Kayrat”ın gənclərdən ibarət komandasının üzvüdür.
Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün "Slaviya" ilə üz-üzə gələcək