"Kəpəz" yeni transferini reallaşdırıb.
Klubdan “İki sahil”ə verilən məlumata görə, Gəncə təmsilçisi Tacikistan milli komandasının yarımmüdafiəçisi Şervoni Mabatşoevlə müqavilə imzalayıb. 24 yaşlı futbolçu ilə 6 ay + 1 il müddətinə müqavilə bağlanılıb.
Karyerasında ilk dəfə legioner həyatı yaşayan Şervoni buna qədər vətənində “İstiklol”da çıxış edib. Ş. Mabatşoev yığmasının heyətində 29 oyuna çıxıb və 6 qolla yadda qalıb.
Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün "Slaviya" ilə üz-üzə gələcək