"Kayrat"ın futbolçusu Dastan Satpayev karyerasını İngiltərədə davam etdirə bilər.
“İki sahil” xəbər verir ki, "Çelsi" 16 yaşlı hücumçunun xidmətində maraqlıdır.
Bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb. Almatı təmsilçisinin futbolçusu yaxın zamanda "Çelsi" ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, Satpayev bu mövsüm UEFA Gənclər Liqasında dörd oyunda bir qol vurub.
Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün "Slaviya" ilə üz-üzə gələcək