Azərbaycanın qadınlardan ibarət millisinin futbolçusu Alina Dorofeyeva Rusiya Superliqası təmsilçisi "Rubin"ə transfer olunub.
“İki sahil” xəbər verir ki, bu barədə Superliqanın mətbuat xidməti məlumat yayıb.
26 yaşlı müdafiəçi ilə müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, milli üzvü son mövsümü digər Superliqa təmsilçisi "Yenisey"də keçirib. O, meydana çıxdığı 24 oyunda 2 qol və üç məhsuldar ötürmə ilə yadda qalıb.
Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün "Slaviya" ilə üz-üzə gələcək