"Komo" futbolçu Dele Allini heyətinə qatıb.
“İki sahil” xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı yarımmüdafiəçi ilə 18 aylıq müqavilə imzalanıb. Onunla müqavilə yeni komandasında yaxşı çıxış etdiyi halda daha bir illik uzadılacaq.
Qeyd edək ki, Dele Alli bu yayın əvvəlindən klubsuz olub. Daha öncə o, "Komo" ilə birlikdə yoxlanış üçün məşqlərə çıxmışdı. Allinin son klubu "Everton" olub. Futbolçu "Tottenhem" və "Beşiktaş" kimi klublarda da çıxış edib.
Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün "Slaviya" ilə üz-üzə gələcək