27 sentyabr 2017 15:28
747

Neftin qiyməti 40-60 dollar/barrel arasında dəyişəcək

Qlobal neft bazarında “qara qızıl”ın bir barrelinin qiyməti uzunmüddətli olaraq 40-60 dollar/barrel arasında dəyişəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın neft və neft məhsullarının satışı ilə məşğul olan “SOCAR Trading” şirkətinin baş icraçı direktoru Arzu Əzimov deyib. O bildirib ki, qiymətin 40-60 dollar/barrel təşkil etməsi hazırkı reallıqdır və qlobal hasilatçılar bununla barışmalıdırlar.