Türkiyənin "Beşiktaş" klubu bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.
“İki sahil” xəbər verir ki, Ule Qunnar Solskyaerin baş məşqçisi olduğu kollektiv İspaniyanın "Atletik" (Bilbao) komandasını qəbul edəcək.
Liqa mərhələsinin VII turunun qarşılaşması Bakı vaxtı ilə saat 19:30-da start götürəcək. Meydan sahibləri 6 xalla 28-ci, qonaqlar 16 xalla 2-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, açılış matçında "Qalatasaray" Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə heç-heçə edib - 3:3. VII turun digər matçları yanvarın 23-də baş tutacaq.
Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün "Slaviya" ilə üz-üzə gələcək
Azərbaycan Peşəkar Boks Federasiyasında yeni dövr başlayır – rəhbərlik yenilənib