Almaniyanın “Borussiya Dortmund” klubu baş məşqçisi Nuri Şahinlə yollarını ayırıb.
“İki sahil” klubun rəsmi saytına istinadla xəbər verir ki, Bundesliqa təmsilçisi ötən gün UEFA Çempionlar Liqasının əsas mərhələsində İtaliyanın "Bolonya" komandasına 1:2 hesablı məğlubiyyətdən sonra türkiyəli mütəxəssisi istefaya göndərib.
Qeyd edək ki, “Borussiya Dortmund” Nuri Şahinin rəhbərliyi altında 27 oyunda 12 qələbə, 11 məğlubiyyət və 4 heç-heçə ilə yadda qalıb. 38 yaşlı çalışdırıcının müqaviləsi 2027-ci ilin yayınadək nəzərdə tutulmuşdu.
Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün "Slaviya" ilə üz-üzə gələcək
Azərbaycan Peşəkar Boks Federasiyasında yeni dövr başlayır – rəhbərlik yenilənib