Onun "Qarabağ"ın və mənim üzərimdə çox böyük əməyi olub.
“İki sahil” xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Ağdam təmsilçisinin fəxri prezidenti Abdolbari Gozalın vəfatı ilə bağlı danışarkən deyib.
52 yaşlı mütəxəssis klub funksionerinin vəfatının ağır itki olduğunu söyləyib:
"Həm klub, həm də Azərbaycan futbolu üçün ağır itkidir. Həyatda atdığı hər addımı düşünərək edirdi. "Qarabağ" üçün etdiklərini sevərək edib. Klubda üzgünlük var. Futbolçularımızı oyuna tam hazırlamaq istəyirik. Amma yaddaşımızdan çıxara bilməyəcəyik. Allah rəhmət eləsin".
Qeyd edək ki, "Azersun Holding” MMC-nin Müşahidə Şurasının sədri olan Abdolbari Gozal yanvarın 18-də, 75 yaşında vəfat edib. O, “Qarabağ” klubunun fəxri prezidenti idi.
Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün "Slaviya" ilə üz-üzə gələcək
Azərbaycan Peşəkar Boks Federasiyasında yeni dövr başlayır – rəhbərlik yenilənib