Azərbaycanda həndbol üzrə yeni çempionat yaradılacaq.
Bu barədə “İki sahil"ə Azərbaycan Həndbol Federasiyasının İdman şöbəsinin rəhbəri, Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov məlumat verib.
Mütəxəssis reqalmentlə bağlı dəyişikliklər olacağını da bildirib:
“Bu ildən etibarən həndbol üzrə yeni çempionat keçiriləcək. Bu yarış I Liqa adlanacaq. Hazırda Azərbaycan Yüksək Liqasında kişilərdən ibarət 9, qadınlardan ibarət 6 komanda çıxış edir. Rayon komandaları da daxil olmaqla, digərləri I Liqada çıxış edəcək. Yüksək Liqanın oyunları hər həftə olmaqla mövsümboyu keçiriləcək. I Liqanı isə ildə iki dəfə, dairəvi sistem üzrə təşkil etməyi planlaşdırırıq. Burada birinci yeri tutan Yüksək Liqanın sonuncu komandası ilə qarşılaşacaq. Bu dueldə qələbə qazanan komanda növbəti mövsüm Yüksək Liqada, uduzan isə I Liqada mübarizə aparacaq”.
Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün "Slaviya" ilə üz-üzə gələcək
Azərbaycan Peşəkar Boks Federasiyasında yeni dövr başlayır – rəhbərlik yenilənib