Çempionlar Liqasında Liqa mərhələsinin 7-ci turunun matçlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
“İki sahil” xəbər verir ki, bunlar “Real”dan Vinisius, "Atletiko"dan Xulian Alvares, "Barselona"dan Rafinya və PSV-dən Luk de Yonqdur.
Sözügedən oyunçuların hər biri 7-ci tur görüşlərində dubla imza atıblar. Vinisius “Zalsburq”a (5:1), Alvares “Bayer”ə (2:1), Rafinya “Benfika”ya (5:4), De Yonq isə "Srvena Zvezda"ya (3:2) 2 qol vurub.
Qalib UEFA-nın rəsmi saytındakı səsvermə ilə müəyyənləşəcək.
Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün "Slaviya" ilə üz-üzə gələcək
Azərbaycan Peşəkar Boks Federasiyasında yeni dövr başlayır – rəhbərlik yenilənib
“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var