İtaliya millisinin və "Yuventus"un müdafiəçisi Andrea Kambyazo karyerasını İngiltərədə davam etdirə bilər.
"İki sahil"in xarici KİV-ə istinadən məlumatına görə, "şəhərlilər" 24 yaşlı futbolçu üçün Turin klubuna təxminən 65 milyon avro təklif edəcəklər.
A.Kambyazo Mançester təmsilçisinin qış "transfer pəncərəsi"ndə heyətinə cəlb etdiyi dördüncü futbolçu ola bilər. Buna qədər "Ayntraxt"dan (Almaniya) Omar Marmuş, "Lans"dan (Fransa) Abdulkodir Xusanov və Brazliya təmsilçisi "Palmeyras"dan Vitor Reys transfer edilib.
Qeyd edək ki, "Mançester Siti" İngiltərə Premyer Liqasında 22 turdan sonra 38 xalla beşinci pillədə qərarlaşıb
Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün "Slaviya" ilə üz-üzə gələcək
Azərbaycan Peşəkar Boks Federasiyasında yeni dövr başlayır – rəhbərlik yenilənib
“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var