Bu günlərdə Bakıda Türkiyənin "Qalatasaray" klubunun rəsmi rəsmi fan-şopu açılıb.
“İki sahil” xəbər verir ki, "Qalatasaray" klubunun İdarə Heyətinin üzvü Emin İmanov açıqlamasında fan-şopu açılması səbəbləri barədə danışıb.
O deyib ki, Azərbaycanda bu fan-şopa tələbat çox idi: "Bilirsiniz ki, Azərbaycanda çox sayda “Qalatasaray” azarkeşi var. Şəxsən mənə və kluba çox sual verilirdi ki, niyə Azərbaycanda “Qalatasaray”ın fan-şopu yoxdur? Biz də bu tələbə görə belə addım atmalı olduq. Ötən həftənin şənbə günündən fan-şop fəaliyyətə başladı.
“Qalatasaray” idman markası ilə Türkiyədə bir çox yerdə fan-şoplar var. Ancaq ilk dəfədir ki, Türkiyə xaricində bir fan-şop açıldı. Bu da Bakıda oldu. “Qalatasaray”ın bu addımı üçün çox şadıq. Çünki Azərbaycandakı azakeşlər üçün sevimli klublarının formasını almasına şərait yaradılıb. Bu günə qədər azərbaycanlı azarkeşlər “Qalatasaray”a məxsus lisenziyalı məhsulu yalnız Türkiyəyə gedəndə ala bilirdilər. Hazırda isə Bakıda bu məhsulları almaq mümkündür".
Qeyd edək ki, "Qalatasaray"ın Bakıdakı mağazası Füzuli küçəsi, 53 ünvanında yerləşir./qol.az/
Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün "Slaviya" ilə üz-üzə gələcək
Azərbaycan Peşəkar Boks Federasiyasında yeni dövr başlayır – rəhbərlik yenilənib
“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var