“Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirib.
“İki sahil” xəbər verir ki, İstanbul klubu “Eyüpspor”dan Ahmed Kutucunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı hücumçu ilə 3,5 illik müqavilə imzalanıb.
Türkiyə mətbuatı yazıb ki, “Qalatasaray” bu transfer üçün “Eyüpspor”a 5 milyon avro ödəyəcək.
Qeyd edək ki, Türkiyə millisinin də üzvü olan Kutucu bu mövsüm Superliqada 18 oyunda 8 qol vurub, 7 qol ötürməsi edib.
Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün "Slaviya" ilə üz-üzə gələcək
Azərbaycan Peşəkar Boks Federasiyasında yeni dövr başlayır – rəhbərlik yenilənib
“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var