26 sentyabr 2017 18:22
512

Gələn il neft bazarında təklif kəsiri yarana bilər

Gələn il neft bazarında təklif kəsiri yarana bilər.

AZƏRTAC xəbər verir ki, ABŞ-ın üçüncü böyük bankı olan “Citigroup Inc.”in əmtəə araşdırmaları üzrə rəhbəri Ed Morse bu qənaətdədir. O deyib: “Gələn il bazarda daha çox Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) üzrə təklif çoxluğunun yaranacağını düşünənlər özlərini neft çatışmazlığına hazırlamalıdırlar. Belə ki, OPEC üzrə beş ölkə - Liviya, Nigeriya, Venesuela, İran və İraqın bu il maksimum neft istehsalı həyata keçirəcək. Hasilatın artımının əvəzinə 2018-ci ildə bazarda təklif kəsirinin olması riski var. Bu risk kəşfiyyat və inkişafa az sərmayə yatıran ölkələrlə bağlıdır”.

E.Morse bildirib ki, bazarda OPEC-in istehsalının artacağı ilə bağlı əhəmiyyətli dərəcədə narahatlıq var. Lakin bazarda təklif kəsiri yarana bilər və bu da bazarda problemlərə səbəb olacaq.