Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisi bu gün Avropa çempionatının ilkin mərhələsində birinci oyununu keçirəcək.
“İki sahil” xəbər verir ki, B qrupunda yer alan İlqar Aslanovun rəhbərlik etdiyi kollektiv Kosovo ilə qarşılaşacaq.
San Marinodakı "Multieventi Sport Domus"da keçiriləcək görüş 21:00-da başlayacaq.
Qeyd edək ki, U-19 yanvarın yanvarın 26-da San Marinonun müvafiq yaş qrupunundan ibarət yığması ilə qarşılaşacaq. Bu qrupun bütün oyunları San Marinoda keçiriləcək. Ancaq birinci yerin sahibi əsas mərhələyə vəsiqə qazanacaq. Əsas mərhələnin görüşləri isə martın 21-dən 26-dək keçiriləcək.
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün "Slaviya" ilə üz-üzə gələcək
Azərbaycan Peşəkar Boks Federasiyasında yeni dövr başlayır – rəhbərlik yenilənib
“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var