“Neftçi”nin məşqçilər korpusuna yeni təyinat olub.
“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Rumıniyalı Boqdan-Kornel Merişanu atletik hazırlıq üzrə məşqçi vəzifəsini yerinə yetirəcək. Mütəxəssis 2022-ci ilin iyunundan 2023-cü ilin iyununadək “Neftçi”nin sabiq baş məşqçisi Laurentsiu Regekampfın köməkçilərindən olub.
Qeyd edək ki, o, “Neftçi”dən başqa Rumıniyanın “Poltexnika Timişoara” (2012-2016), “Universitatya Krayova” (2021-2022, 2023), Səudiyyə Ərəbistanının “Əl-Vehda” (2018), “Əl-Əhli” (2021), “Əl-Tai” (2023-2024), BƏƏ-nin “Əl-Vəsl” (2019-2021), Tunisin “Esperans” (2024) klublarında və Rumıniyanın U-21 millisində (2016-2018) çalışıb.
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün "Slaviya" ilə üz-üzə gələcək
Azərbaycan Peşəkar Boks Federasiyasında yeni dövr başlayır – rəhbərlik yenilənib
“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var