Azərbaycan Basketbol Liqasının XII turunda “Gəncə” “Quba” üzərində qələbə qazanıb.
“İki sahil” xəbər verir ki, Gəncə İdman Sarayında keçirilən B qrupunun matçında meydan sahibləri üstün olub - 96:78.
Qeyd edək ki, XII turun daha əvvəl keçirilən görüşlərində "Abşeron" "Sərhədçi"ni 86:79, "Sabah" "Neftçi"ni 75:65, “Sumqayıt” “Lənkəran”ı 93:90, NTD “Naxçıvan”ı 95:70 hesabı ilə məğlub edib. Tura yanvarın 26-da “Şəki” - “Ordu” matçı ilə yekun vurulacaq.
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün "Slaviya" ilə üz-üzə gələcək
Azərbaycan Peşəkar Boks Federasiyasında yeni dövr başlayır – rəhbərlik yenilənib
“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var