"Neftçi" Misli Premyer Liqasının XX turunda "Araz-Naxçıvan"la keçiriləcək oyuna itkilərlə çıxacaq.
Klubdan “İki sahil”ə verilən məlumata görə, Rəhman Hacıyev, Rafael Quzzo və Dembo Darbo sözügedən matçda iştirak etməyəcəklər.
Hər üç futbolçu zədə səbəbindən komandaya kömək edə bilməyəcək.
Qeyd edək ki, yanvarın 26-sı “Liv Bona Dea Arena”da keçiriləcək “Araz-Naxçıvan” - “Neftçi” oyunu saat 16:00-da başlanacaq.
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün "Slaviya" ilə üz-üzə gələcək
Azərbaycan Peşəkar Boks Federasiyasında yeni dövr başlayır – rəhbərlik yenilənib
“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var