Azərbaycanın güllə atıcısı Leyli Əliyeva Almaniyanın Münxen şəhərində keçirilən "H&N Kuboku"nda yüksək nəticə göstərərək bürünc medal qazanıb.
Azərbaycan Atıcılıq Federasiyasından “İki sahil”ə verilən məlumata görə, idmançı pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışında 213.9 xal toplayaraq üçüncü yerə layiq görülüb.
Turnirə yanvarın 26-da yekun vurulacaq.
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün "Slaviya" ilə üz-üzə gələcək
Azərbaycan Peşəkar Boks Federasiyasında yeni dövr başlayır – rəhbərlik yenilənib
“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var