Almaniya 2-ci Bundesliqasında 19-cu turun oyunları davam edir.
“İki sahil” xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Nürnberq" səfərdə "Şalke" ilə qarşılaşıb. Oyun ev sahibi komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Mahir Emreli bu qarşılaşmada iştirak etməyib. 27 yaşlı hücumçu cəzalı vəziyyətdə olduğu üçün oyunu buraxmalı olub.
Hazırda "Nürnberq" 19 turdan sonra topladığı 25 xalla turnir cədvəlinin 12-ci pilləsində yer alır.
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün "Slaviya" ilə üz-üzə gələcək
Azərbaycan Peşəkar Boks Federasiyasında yeni dövr başlayır – rəhbərlik yenilənib
“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var