Azərbaycan Basketbol Liqasında XII tura bu gün yekun vurulacaq.
“İki sahil” xəbər verir ki, sonuncu oyunda "Şəki" "Ordu"nu qəbul edəcək.
Şəki Olimpiya İdman Kompleksindəki qarşılaşma saat 14:00-da start götürəcək. Meydan sahibləri B qrupunda 20 xalla ikinci, "Ordu" 19 xalla üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Abşeron" "Sərhədçini" (86:79), "Sabah" "Neftçi"ni (75:65), "Sumqayıt" "Lənkəran"ı (93:90), "Gəncə" "Quba"nı (96:78), NTD isə "Naxçıvan"ı (90:70) məğlub edib.
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün "Slaviya" ilə üz-üzə gələcək
Azərbaycan Peşəkar Boks Federasiyasında yeni dövr başlayır – rəhbərlik yenilənib
“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var