"Qarabağ"dan ayrılaraq Braziliyanın "Flamenqo" komandasına keçən Olavio Juninyo debüt oyununa çıxıb.
“İki sahil” xəbər verir ki, 28 yaşlı hücumçu "Carioca - Taca Guanabara" turnirində "Volta Redonda" ilə keçirilən matçda meydana daxil olub. O, 60-cı dəqiqədə Bruno Enrikenin yerinə daxil olub.
Matç “Flamenqo”nun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün "Slaviya" ilə üz-üzə gələcək
Azərbaycan Peşəkar Boks Federasiyasında yeni dövr başlayır – rəhbərlik yenilənib
“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var