SOCAR Midstream Operations MMC tərəfindən idarə və istismar olunan “AzTAP GmbH” şirkətinin nümayəndələri “TAP AG” Direktorlar Şurasının iclasında iştirak etmişlər.
Daha sonra nümayəndələr TAP-ın tikinti ərazisinə daxil olan Qərbi Makedoniya və Yunanıstana səfər etmiş, Pella bölgəsində kəmərin inşaat prosesinə baxış keçirmiş, avtomatlaşdırılmış qaynaq və boru kəmərinin xəndəyə endirilməsi işlərini müşahidə etmişlər. SOCAR təmsilçilərinin Mədəni İrs Tapıntısı sahəsinə də səfəri təşkil olunmuşdur. Qeyd edək ki, hazırda TAP layihəsinin Yunanıstan üzrə inkişafı 52.8% və ümumilikdə isə 57% təşkil edir.