AFFA İntizam Komitəsi daha üç futbolçunu futboldan ömürlük uzaqlaşdırıb.
“İki sahil” xəbər verir ki, bu barədə milli assosiasiyanın mətbuat xidməti məlumat yayıb.
I Liqada "Mingəçevir"də çıxış edən Xəyal Xudaverdiyev, Mövlan Kərimov və Muxtar Nəzərli danışılmış oyunlarda iştiraka görə ömürlük futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum ediliblər.
Qeyd edək ki, Azərbaycan millisinin sabiq futbolçusu Adil Nağıyev də ömürlük futboldan kənarlaşdırılıb.
Azərbaycan Peşəkar Boks Federasiyasında yeni dövr başlayır – rəhbərlik yenilənib
“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var