"Mingəçevir” klubu I Liqada növbəti ev oyunlarını Zaqatala Olimpiya İdman Kompleksinin stadionunda keçirəcək.
“İki sahil” xəbər verir ki, bu barədə bölgə təmilçisinin mətbuat xidməti məlumat yayıb.
Buna Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda təmir və yenidənqurma işlərinin aparılması səbəb olub. "Mingəçevir” Futbol Klubunun müraciəti, Peşəkar Futbol Liqasının qərarı ilə təmir və yenidənqurma işləri başa çatana qədər Füzuli Məmmədovun rəhbərlik etdiyi kollektiv ev oyunlarını Zaqatalada keçirəcək.
Azərbaycan Peşəkar Boks Federasiyasında yeni dövr başlayır – rəhbərlik yenilənib
“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var