“Yuventus” heyətini yeni futbolçu ilə gücləndirib.
“İki sahil” xəbər verir ki, Turin təmsilçisi “Nyukasl”dan Lloyd Kellini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı müdafiəçi yeni komandasında icarə əsasında çıxış edəcək. Müqavilədə satınalma bəndi də yer alıb.
Qeyd edək ki, Kelli bu mövsüm "Nyukasl"da 14 oyunda meydana çıxıb.
Azərbaycan Peşəkar Boks Federasiyasında yeni dövr başlayır – rəhbərlik yenilənib
“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var