Azərbaycan Basketbol Liqasının XIV turunda bu gün daha bir qarşılaşma baş tutacaq.
“İki sahil” xəbər verir ki, B qrupunda "Quba" "Sumqayıt"la üz-üzə gələcək.
"Sərhədçi" İdman Mərkəzində keçiriləcək görüş saat 19:00-da başlayacaq. "Sumqayıt" hazırda qrupda 18 xalla dördüncüdür. Sonuncu - 6-cı pillədə olan "Quba"nın 16 xalı var.
Qeyd edək ki, XIV turun dünən keçirilən "Abşeron" - "Naxçıvan" matçı ikincilərin 76:70 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan Peşəkar Boks Federasiyasında yeni dövr başlayır – rəhbərlik yenilənib
“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var