05 fevral 2025 10:22
79

Ötən ay KTM-ə zəhərlənmə səbəbi ilə 102 nəfər qəbul edilib, 3-ü ölüb

Yanvar ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 102 nəfər qəbul edilib.

“İki sahil” xəbər verir ki, bu barədə KTM məlumat yayıb.

Bildirilib ki, həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3-ü dünyasını dəyişib:

"Şöbəyə qəbul edilən xəstələrdən 48 nəfər dərmandan, 19 nəfər sirkə turşusundan, 5 nəfər botulizmdən, 3-ü spirtli içkidən, 1-i qidadan zəhərlənən şəxslərdir. Həmçinin 8 nəfər dəm qazından, 6 nəfər fosfor üzvi birləşmələrdən, 5 nəfər allergik reaksiyadan, 2 nəfər yandırıcı məhluldan zəhərlənmə, 5 nəfər anaflaksiya səbəbi ilə şöbəyə yerləşdirilib".

Mərkəzdən verilən məlumata görə, ölüm halları sirkə turşusu, allergik reaksiya zəhərlənmələrindən qeydə alınıb.