05 fevral 2025 11:13
80

Masallıda elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Masallı Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən bir sıra kəndlərdə 35 kV-luq "Qarğalıq" hava xəttində təmir işlərinin aparılması ilə əlaqədar fevralın 5-də elektrik xətləri sifarişə əsasən açılacaq.

"Azərişıq"dan "İki sahil"ə verilən məlumata görə, bununla əlaqədar olaraq saat 11:00-dan saat 13:00-dək rayonun Xırmandalı, Şəhriyar, Hacıtəpə, Köcəkli, Məmmədxanlı kənlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.