05 fevral 2025 12:59
88

Pekin ABŞ Poçt Xidmətinin qərarını pisləyib

Çin Xarici İşlər Nazirliyi ABŞ Poçt Xidmətinin (USPS) Çindən bağlamaların qəbulunu dayandırmaq qərarını pisləyib.

“İki sahil” xəbər verir ki, bu barədə çərşənbə günü keçirdiyi brifinqdə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bildirib.

O, ABŞ-ı Çin şirkətlərinə qarşı əsassız təzyiqləri dayandırmağa çağırıb.

“Prinsipial olaraq qeyd etmək istərdim ki, biz ABŞ-ı ticarət və iqtisadi məsələləri siyasiləşdirməyə və onlardan təzyiq aləti kimi istifadə etməyi dayandırmağa, həmçinin Çin şirkətlərinin fəaliyyətinin əsassız şəkildə boğulmasını dayandırmağa çağırırıq”, - deyə, Lin Jian deyib.