Rusiya ilə ABŞ arasında Ukraynadakı münaqişənin həlli ilə bağlı təmaslar ayrı-ayrı departamentlər vasitəsilə aparılır və son vaxtlar onlar fəallaşıb.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
O, ABŞ prezidenti Donald Trampın Moskva və Kiyevlə “konstruktiv danışıqlar” haqqında bəyanatlarını belə şərh edib.
“Həqiqətən ayrı-ayrı departamentlər arasında əlaqələr var və onlar son vaxtlar intensivləşib. Amma mən sizə başqa təfərrüatları deyə bilmərəm, başqa deyəcək bir şey yoxdur”, - deyə, Kremlin sözçüsü jurnalistlərə bildirib.