Vladimir Zelenskinin nüvə silahı tələbləri dəlilikdir.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Ümumiyyətlə, bu cür ifadələr və bu cür ifadələr dəlilikldir. Nüvə silahının yayılmaması və s. rejimi var”, - deyə, Peskov bildirib.
Bundan əvvəl Zelenski Kiyevin NATO-ya qoşulmayacağı təqdirdə Qərbin Ukraynaya nüvə silahını geri qaytarmasını təklif edib.
Prezident Vladimir Putin xəbərdarlıq edib ki, Kiyevin nüvə silahı əldə etməsi Rusiyanı bütün silahlarından istifadə etməyə məcbur edəcək.